linqvokulturoloji
linqvopoetik
OBASTAN VİKİ
Türki (linqvonim)
Türki — islam dünyasında fars və ərəb dillərindən fərqli olaraq bütün türk dillərini ifadə etmək üçün tez-tez istifadə olunan termin. Müxtəlif zaman və regional kontekstlərdə türki linqvonimi aşağıdakıları ifadə edə bilər: cığatay dili. Azərbaycan dilinin tarixi adlarından biri. Cənubi Azərbaycanda indi də işlədilir. X–XIV əsrlər qədim türk ədəbi dili. Qədim tatar dili.. Qədim Anadolu dili. Ərəb ədəbiyyatında məmlük-qıpçaq dili. Qərb akademik ədəbiyyatında türki sözü ilə əvvəllər yalnız şərqi türkcə (cığatay) dilini nəzərdə tutulurdu, bu da bəzən alimlər arasında səhvlərə yol açır. Məsələn, Eduard Qranvil Braun mərkəzi İranda yaradılmış XV əsrin sonlarına aid "Tarix-i Xətai" mənbəsini cığatay dili kimi təsnif etmişdir, çünki tərcüməçi orijinal dili "türki" adlandırmışdır.