Litsey

yun. Lykeion – xüsusi isim, Afinanın yaxınlığında Likeyli Apollon məbədinin bağçasındakı məktəbin adı 1) bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisəsi; 2) inqilaba qədərki Rusiyada imtiyazlı təhsil müəssisəsi (zadəgan oğulları üçün); 3) orta məktəb.
Lisenziya
Logistika
OBASTAN VİKİ
Litsey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Cəmşid Naxçıvanski adına hərbi litsey
Cəmşid Naxçıvanski adına hərbi lisey — Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmış diviziya komandiri Cəmşid Naxçıvanski adını daşıyan hərbi lisey. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılmışdır. Hərbi liseyin məzunları Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunun yaranmasında, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. C. Naxçıvanski adına hərbi liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C. Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Çar Rusiyası dövründə Orta Asiya və Qafqazın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər. Yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər. Bu hal Sovet İttifaqının qurulmasından sonra da davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlandı.
Litseylər
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.