lobbiçi

lobbiçi
lobbi
lobbiçilik
OBASTAN VİKİ
Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-da lobbiçilik cəhdləri
Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-də lobbiçilik cəhdləri — Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə özünə tərəfdaş toplaması, ABŞ-la yaxınlaşmaq və beynəlxalq ictimamiyyət tərəfindən müstəqil dövlət kimi tanınmaq üçün etdiyi cəhdlərdən biri. Ən mühüm məqsədlərdən biri isə dövlət müstəqilliyinin ABŞ tərəfindən tanınmasına nail olmaq idi. == Arxa fon == Azərbaycan Respublikası və onun Parisdə olan nümayəndələri ABŞ-la iqtisadi və siyasi əlaqələr yaradılmasına, xüsusilə, Birləşmiş Ştatlar tərəfindən tanınmağa böyük səy göstərirdilər. Bu xeyli dərəcədə onunla bağlı idi ki, ənənəvi Avropa dövlətləri ilə yanaşı, Birinci dünya müharibəsindən sonra ABŞ iqtisadi cəhətdən çox qüvvətlənmiş və əslində dünya siyasətini müəyyən edən dövlətlərdən birinə çevrilmişdi. Müharibədən sonrakı ilk illərdə Birləşmiş Ştatlar dünyanın əsas bankiri rolunu oynayırdı, yaxud ABŞ dövlət katibi Lansinqin dili ilə desək, Amerika dünyanı iqtisadi cəhətdən idarə edirdi və siyasi cəhətdən də onu idarə etməyə hazırlaşırdı. Bundan əlavə, prezident Vudro Vilson dünya müharibəsindən sonra yaranan dünya sisteminin əsas memarı, yeni yaranmış dövlətlərin müdafiəçisi, kiçik xalqların dostu kimi tanınırdı. Paris Sülh konfransı dövründə Vilsonun Qafqaz respublikalarına soyuq münasibəti onunla bağlı idi ki, bir növ bu respublikalar Polşa, Finlandiya, Çexoslovakiya, Yuqoslaviya və digərlərindən fərqli olaraq, "gözlənilmədən" yaranmışdılar, yaxud Vilsonun 1918-ci ilin yanvarında elan edilmiş on dörd sülh prinsipində kiçik xalqların təyini müqəddəratı hüququ təsbit edilsə də, həmin prinsiplərdə Rusiya imperiyasının dağılması nəzərdə tutulmamışdı. Bir növ Vilson üçün Rusiyanın dağılması və onun hüdudlarında Gürcüstan və Azərbaycan adlı respublikaların yaranması tamamilə gözlənilməz bir hadisə idi. Qafqazda "qəflətən" meydana çıxan bu respublikalar haqqında, nəinki Amerika prezidentinin və siyasi dairələrinin, eləcə də Birləşmiş Ştatların ictimaiyyətinin məlumatı çox az idi. Bunu nəzərə alaraq Ə. M. Topçubaşov Azərbaycan və Gürcüstanı ABŞ-də təbliğ etməyi, onları siyasi cəhətdən tanıtmağı öz üzərinə götürmüş, Nyu-York şəhərindən ABŞ Konqresinin nümayəndələr palatasının üzvü, vəkil Valter Çandler vasitəsilə sentyabr ayının 26-da prezident V. Vilsona məktub və bir sıra materiallar göndərmişdi.
Lobbiçilik
Lobbiçilik qrup (ing:Lobbying.) və ya şirkətin öz mənafelərinə əsasən, hökumətin qanunvericiliyi prosesinə təsir etmək təşəbbüsüdür. Bu, lobbiçiliyin qərb ölkələrində mövcud olan tanımıdır. Daha dərinə getsək, dünyanın digər, yəni üçüncü dünya ölkələrində (bu ölkələrdə hakimiyyət bölgüsü inkişaf etməyib) bu tanıma hökumət qərarlarına təsir etmək təşəbbüsü deyə bilərik. == Etimologiya == == Baxış == Uzun bir müddət 1990-cı illərə qədər lobbiçilik neqativ anlamda işlənilən bir termin idi. Lobbiçilklə məşğul olan insanlar cəmiyyət tərəfindən xoş qarşılanmırdı. 1990-cı ildən etibarən ilk öndə ABŞ və Avropa birliyi, xüsusən də Belçika olmaqla lobbiçiliyi tənzimləyən qanunlar tərtib olundu. Bu qanunlar artıq 1950-ci ildə mövcud idi, lakin 1990-cı ildən etibarən daha sistemli və nizamlı oldu. == Tarix == Lobbiçilik ilk olaraq, ABŞ-də yaranmışdır. == Ölkərə görə lobbiçilik == === Azərbaycan === Azərbaycanda isə lobbiçilik dedikdə insanların ilk ağlına gələn etnik lobbilər olur. Hansı ki, lobbiçiliyin əsas istiqaməti iqtisadidir.
Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-də lobbiçilik cəhdləri