Lokallaşdırma xidmətləri
Lokallaşdırma xidmətləri hər hansı bir məhsulun, veb-saytın və ya kontentin müəyyən region, ölkə, yaxud bazar üçün adaptasiya edilməsi prosesidir. Bu prosesə aşağıdakılar daxildir:
mətnlərin tərcüməsi;
hədəf seçilən bazarların tələbatına uyğunlaşmaq üçün kontentin dəyişdirilməsi;
tərcümə olunan mətnin düzgün əks olunması üçün dizayn və maketin adaptasiyası;
yerli tələblərə uyğunlaşmaq (məsələn, valyuta, ölçü vahidləri və s.);
vaxt, ünvan və telefon nömrələrinin yerli formatlarından istifadə;
yerli qanunvericilik tələblərinə və digər normalara uyğunlaşma.
Lokallaşdırma işlərini həyata keçirərkən mədəni xüsusiyyətlərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Reklam kampaniyasının hər bir kiçik elementi üzərində bəzən saatlarla düşünülür. Çünki kiçik bir nüans böyük bir uğursuzluğun səbəbi ola bilər. Hər hansı bir reklam mətni beynəlxalq bazara təqdim edildikdə bir çox mədəni nüansları nəzərə almaq, hər bir ölkədə onun doğuracağı reaksiyanı öncədən qiymətləndirmək lazımdır. Ona görə də dil xidmətləri göstərən şirkətlər hədəf bazarını seçərkən mədəni xüsusiyyətləri nəzərə almalı, mövcud mətnləri, yaxud digər reklam materiallarını həmin bazara uyğunlaşdırmalı, lazım gələrsə yenisini hazırlamalıdırlar.
Lokallaşdırma zamanı daha bir vacib proses adların testləşdirilməsidir. Hər hansı şirkətin, məhsulun və ya xidmətin adının seçilməsi çox mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, hər hansı adın çoxdilli bazarlarda eyni məna kəsb etməsi çox yaxşı haldır.