Loropetalum chinense
Çin loropetalumu (lat. Loropetalum chinense) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin hamamelidkimilər fəsiləsinin loropetalum cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Şimali Amerikada, Qərbi və Şərqi Asiyada bitir. XIX əsrin ortalarında bu bitki Britaniya botaniki Robert Broun tərəfindən təsvir edilmişdir və loropetalum adlandırılmışdır. İngiltərəyə loropetalumu XIX əsrin axırlarında məşhur Viktorian gətirmiş və Chinese fringe flower (Çin qayışləçəyi) adlandırmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 60 sm-dək olan, əyilmiş budaqlı, nadir, gözəl çiçəkləyən ekzot, həmişəyaşıl, möhkəm, yumru koldur. Onun enli çiçək qrupları qayış və ya lentlərin bağlamasına bənzəyir. Loropetalumun yarpaqları oval və ya yumurtavari, uzunluğu 2,5–6 sm, açıq yaşıl rənglidir. Çiçəkləri hörümçəkşəkilli, qayışşəkilli, ətirli, al-qırmızı, çəhrayı, ağ rəngdə olub, 3–6 ədəd sıx qalxanlara yığılır, erkən yazda budaqları tamamilə örtür. Sonradan yaşıl yarpaqları açılır və çiçəkləmə bütün yay ərzində davam edir.