lotuyana
lov
OBASTAN VİKİ
Lourensium
Lourensium (Lr) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 103-cü element. Elementin müxtəlif izotoplarının alınması haqqında 1961 və 1971-ci illərdə (Berklidəki qrup), 1965, 1967 və 1970-ci illərdə (Dubnadakı işlərdə) məlumat verilmişdir. Element Amerika fiziki, siklotronu kəşf etmiş Ernest Arlando Lourensin (1901–1958) şərəfinə adlandırılmışdır. Berklidəki Milli laboratoriya Lourensin adını daşıyır. Uzun illər Rusiyada çap olunan elementlərin cədvəllərində Lr simvolu mötərizədə yazılırdı.