Möhtəkirlik, Spekulyasiya

bu və ya digər qiymətlilərin, xüsusilə də qiymətli kağızların gələcəkdə qiymət artımı nəticəsində ticarət mənfəətinin əldə edilməsi məqsədi ilə alqı-satqısı.
Möhtəkirlər, Alverçilər
Mövqe
OBASTAN VİKİ
Möhtəkirlik
Möhtəkirlik — əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq. İslam peyğəmbərindən nəql olunan hədislərdən aydın olur ki, möhtəkirliyi yalnız xəyanətkarlar və günahkarlar edə bilərlər: "Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz.""Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz." Nəhcül-bəlağədə Əli ibn Əbu Talib Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında Möhtəkirliyin qarşısının alınmasının zəruriliyi haqda qeyd olunur: "Bütün bunlarla yanaşı bil ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır.
Spekulyasiya
Spekulyasiya (lat. specio sözündən) — iz ilə gedib tapma, izinə düşmə, baxıb tapmaq , aşağıdakı mənaları ifadə edə bilər: İqtisadi lüğətdə – alış və satış qiymətləri arasındakı fərq sayəsində gəlir əldə etmək deməkdir. Mahiyyət etibarı ilə, istənilən ticarət əməliyyatını spekulyasiya hesab etmək olar. İqtisadi ədəbiyyatlarda tez-tez spekulyasiya və investisiyanı bir-birindən fərqləndirmək cəhdlərinə rast gəlirik Ümum humanitar xarakterli, fəlsəfi, həmçinin ümum elmi ədəbiyyatda və publisistikada – mücərrəd, abstrakt mühakimələr deməkdir. Məcazi mənada isə – hər hansı bir şəraitdən, kiminsə çətinliklərindən öz məqsədlərin və planların naminə istifadə etmək (məsələn siyasi çətinliklər üzərində spekulyasiya etmək). Spekulyant — nəyisə şəxsi istifadə və istehlak məqsədilə deyil, təkrar satış və mənfəət əldə etmək məqsədilə alan şəxs. Alış və satış qiymətləri arasındakı fərq nəticəsində gəlir (və ya zərər) əldə etmək. Bu zaman spekulyasiya obyektinə dair hər-hansı bir tədbirlərin görülməsi nəzərdə tutulmur. Qiymət fərqləri müxtəlif bazarlarda eyni anda (məkan arbitrajı) və ya eyni bir bazarda müxtəlif zamanlarda (zaman arbitrajı) yarana bilər. Səhm, istiqraz, xammal, valyuta, kolleksiya predmetləri, daşınmaz əmlak, törəmə qiymətli kağızların, həmçinin digər dəyərlərin onların qiymət fərqindən yaranan dəyişiklik sayəsində mənfəət qazanmaq məqsədilə alqı-satqısı; Eyni obyektlərin şəxsi, istehsal məqsədləri, həmçinin digər üsullarla gəlir əldə edilməsi (məsələn dividentlər qazanmaq və ya qərarların qəbul edilməsində öz mövqeyini qorumaq mexanizmindən istifadə, insayder maraqları və s), həmçinin qiymət sirklərini hec (hedge) edilməsi, risklərin diversifikasiyası və faiz arbitrajı əməliyyatları məqsədilə alınması spekulyasiya hesab edilmir.