MÖMİNİN

Quran surələrindən birinin adı (“dindarlar”, “möminlər” deməkdir), mu(ü)minin.
MÖMİN
MÖTƏKİF
OBASTAN VİKİ
Əmir əl-Möminin
Əmir əl-Möminin (ərəb. امیر المؤمنین‎) — "əmir" ərəb dilində başçı, lider, sultan və sərkərdə mənasındadır. İslam peyğəmbərindən sonra Məhəmməd tərəfindən ordu başçılığına seçilirdilər.onlara əmir deyilirdi. Amma Əmir əl-Möminin ləqəbi yanlız müsəlmanların və tüm qüvvələrin başçısına deyilir. Əmir əl-Möminin (Başçı mənasında) öz siyasi və dini məzmunu ilə müsəlmanlar arasında xəlifə və ya imamlara deyilirdi. Bu ləqəb Əli bin Əbu Talibin (ə) ən məşhur ləqəbidir. Sünni müsəlmanlar bu ləqəbi xülafәyi raşidinin hamısı, Әməvilərə, Abbasilərə və Osmanlılara deyirlər. Əmir əl-Möminin islam peyğəmbərinin canişini və vəsisinin, İmamlardan ilk imam, Əli bin Əbu Talibin (ə) ləqəbidir. Əli bin Əbu Talibin(ə) Əmir əl-Möminin olması, imamətinə və peyğəmbərin arasız canişin və vəsi olmasına etiqad və inanmaq vacibdir bəlkə imanın rüknlərindəndir. Şiə müsəlmanlar azanda Məhəmməd Rəsullulahın peyğəmbərliyinə şəhadət verdikdən sonra Əli bin Əbu Talibin (ə) Əmir əl-Mömininliyinə şəhadət verib və etiraf edirlər.