mövləvilik

mövləvilik
mövləvi
mövləviyyə
OBASTAN VİKİ
Mövləvilik
Mövləvilik (osmanlıca: مولويه, türkcə, farsca, ərəbcə mövləvi deyilir) — Avropada "rəqs edən dərvişlər" cəmiyyəti adlandırılan sufi cəmiyyətidir. Onun adı mövlana, yəni bizim ağamız sözündən götürülmüşdür. Təriqət Mövlanə Cəlaləddin Ruminin (1207–1273) adı ilə bağlıdır. Rumi Bəlxdə dünyaya gəlmişdir. 1213-cü ildə atası və ilk müəllimi Bəhaəddin Vələd ailəsi ilə birlikdə Hicaza, daha sonra Səlcuqluların hakimiyyəti altında olan Konyaya köçmüşdür. 1244-cü ildə onun ölümündən sonra təhsilini atasının davamçısı Bürhanəddin Tirmizidən almış, mədrəsədə dərs deməyə başlamışdır. Həmin dövrdə Cəlaləddin kübravilər təriqətinin "ayıqlıq" adlandırdığı mənəvi yola üstünlük vermiş, lakin 1244-cü ildə dərviş Şəms Təbrizi ilə görüşdükdən sonra sufiliyin "eşq" yolunun tərəfdarı olmuş və ilhamını fars poeziyasının bədii obrazlarından almışdır. Mövlanə öz təriqətini sonralar formalaşdırmışdır. Vəfatından sonra isə bu təriqət onun adını daşımış və ardıcılları tərəfindən inkişaf etdirilmişdir. Mövləvilər təriqətinin xüsusi mənəvi yolu vardır.

Значение слова в других словарях