MÜNAFİQLƏR

üzdə özlərini müsəlman kimi göstərən, əslində isə dinsiz və ya ikiüzlü olan insanlardır. Münafiqlərin bir neçə xüsusiyyətləri Quran ayələrində açıqlanmışdır. Belə ki, onlar sabahları ibadətə həvəssiz qalxar (4: 142-143), başqa adamları dindən uzaqlaşdırmaq üçün yalandan şahidlik edər (58: 14); yalnız özlərinə sərf edən işləri görər, başqalarını düşünməz (4: 141, 29: 10-11); ayələri gülümsəməklə qarşılayar (4: 140), yalan danışırlar (33: 60- 61). Ancaq müsəlmanlar onlara qalib gəldiyini gördükdə onlar bu qalibiyyətə şərik çıxarlar (Quran, 4: 141). Quranın 4: 145 ayəsinə əsasən deyə bilərik ki, münafiqlər cəhənnəmin ən aşağı qızmar təbəqəsində cəzalandırılacaqlar.
MÜNAFİQLƏR
MÜNKƏR

Значение слова в других словарях