München

Münxen (Süd. : Münix)
Mümmelmann
Mündel
OBASTAN VİKİ
München
Münxen (alm. München‎) — Bavariya (almanca: Bayern) Federal Torpağının paytaxtıdır. Almaniyanın Berlin və Hamburqdan sonra üçüncü ən böyük şəhəridir. Əhalisi 1,3 milyondur. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında yerləşir. Münxendə 1972-ci il Olimpiya Oyunları keçirilib. Münxen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münxen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münxen dünyada yaşayış üçün ən münasib şəhər seçilib. Münxen şəhərinin adına yazılı mənbələrdə ilk dəfə 1158-ci ildə rast gəlinir.