MÜSTƏSNA SƏLAHİYYƏT

qarşısında duran məqsəd və vəzifələri rahat və sərbəst həyata keçirilməsinə zəmin yaradan, yalnız konkret bir dövlət orqanına, yaxud vəzifəli şəxsə məxsus olan səlahiyyət (hüquq və hüquqi vəzifələr məcmusu). M.S.-in konkret müddəaları qanunvericilik bazasında (o cümlədən, Konstitusiyada) birmənalı şəkildə göstərilir. Misal: qanun qəbul etmək, dövləğ büdcəsini təsdiq etmək, dövlətin tərəfdaş çıxdığı beynəlxalq müqavilələri təsdiq (ratifikasiya) etmək və s. səlahiyyətlər Qanunvericilik orqanına - Parlamentə məxsusdur: ədalət mühakiməsini - yalnız Məhkəmələr həyata keçirir: qanunla nəzərdə tutulmuş hallarda qanunların icra və tətbiq olunmasına nəzarət etmək - Prokurorluğa məxsusdur və s. Bəzi hallarda isə M.S.-ə ümumiyyətlə yol verilmir. Misal: Dövlət başçısı (Prezident) - Parlamentin razılığı ilə - Baş Naziri vəzifəyə təyin edir: müharibə elan edir: sülh bağlayır.
MÜSTƏBİDLİK, zülmkarlıq, qəddarlıq
MÜTLƏQİYYƏT
OBASTAN VİKİ
Müstəsna vəziyyət
Müstəsna vəziyyət – proqramlaşdırmada və informasiyanın emalı vasitələrində: kompüterin mikroprosessorunu cari anda yerinə yetirilən əməliyyatları durdurmağa vadar edən, sonra isə oxşar durumu emal edən xüsusi altproqramı tapıb çalışdıran problem və ya hadisə. Müstəsna vəziyyət kəsilmə (INTERRUPT) kimidir, çünki o da mikroprosessoru ayrıca göstərişlər toplusuna yönəldir. Bununla belə, MS-DOS əməliyyat sistemi altında işləyən kompüterlərdə müstəsna vəziyyət kəsilmədən onunla fərqlənir ki, o, proqramın çalışması ilə bağlı olur və potensial olaraq proqramın durdurulmasına səbəb ola bilər.