MÜTƏŞABİH AYƏLƏR

təfsirçilər üçün mənaları aydın olmayan və suallar doğuran batini mənalı Quran ayələridir. Mütəşabih ayələr haqqında Quranda (3: 7) məlumat verilir. Bu kimi ayələrə müsəlmanlar suallar vermədən iman gətirməlidirlər və inanmalıdırlar ki, onların əsl mənalarını yalnız Allah bilir. Təfsirçilər ehtimal edirlər ki, bu ayələrdə insan düşüncəsinə sığmayan simvolik və ezoterik anlayışlar vardır. Mütəşabih ayələrə misal olaraq “Əlif, Ləm, Mim”, “Hə, Mim” və s. kimi hərf birləşmələrindən ibarət olan ayələri göstərmək olar. Başqa bir nümunədə “(Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu?” (Quran, 38: 75) ayəsidir. Burada Allahın əlinin olması iddiası suallar doğurur. Ona görə də ilahiyyatçıların çoxu bu ayəni məcaz ayələrdən hesab edirlər. Ancaq bu kimi ayələri hərfi mənada qəbul edən müsəlman məzhəbləri də olmuşdur.
MÜTƏ
MÜTƏVATİR HƏDİSLƏR