MƏKRUH

şəriətə görə haram sayılmasa da, zəruri ehtiyac olmadan yerinə yetirilməsi məsləhət görülməyən şey (edilməsi edilməməsindən daha xeyirli olan iş).
MƏKKİYYƏ
MƏQBƏR(Ə)
OBASTAN VİKİ
Məkruh
Məkruh — əməl yerinə yetirildikdə heç bir günah yazılmayan, lakin bəyənilməyən əməldir. Dində qəti olaraq qadağan edilməyən,ancaq icrası da xoş qarşılanmayan davranış və hərəkətlərdir. Hər hansı bir işin günah olub-olmamasın onun necə, nə zaman, harada, kim tərəfindən icrasından da asılıdır. Bununla yanaşı, kiçik də olsa, günahlara əhəmiyyətsiz baxmamalıyıq. Nazik iplər birləşib kəndir əmələ gətirdiyi kimi, kiçik günahlar da birləşib böyük günahlara çevrilir. Dəstəmaz alarkən suyu israf etmək, burunu sağ əllə təmizləmək, namazda əsnəmək,ayaqyolu ehtiyacı ola-ola namaz qılmaq məkruhdur. Dində bu cür halların haram buyurulmaması və Allah-Təalanın bizi daim günah işləməkdən qorumaq istəməsi onun bəndələrinə mərhəmətindən irəli gəlir.

Значение слова в других словарях