MƏTNŞÜNASLIQ

текстология
MƏTNŞÜNAS
MƏVACİB
OBASTAN VİKİ
Mətnşünaslıq
Mətnşünaslıq — mətnlərin tədqiqi ilə məşğul olan elm sahəsi․ Burada yazılı mətnlər, əlyazmalar, müəllifli və müəllifsiz abidələr müxtəlif istiqamətlərdə araşdırılır, öyrənilir․ Yazılı abidələrin yazılma, köçürülmə tarixini; müəllif əlyazmalarının, köçürülmüş nüsxələrin, o cümlədən mətnin əvvəldən sona qədər dəyişmiş variantlarına qədər bütün məsələləri tarixi şəkildə öyrənən mətnşünaslıq elm sahəsi kimi mürəkkəb bir sistem təşkil edir. Mətnşünaslığın bir elm sahəsi kimi tarixi qədim olmasa da, onun yaranması tarixi çox qədimlərə gedib çıxır. Mətnşünaslıq XX əsrin II yarısından etibarən elmi sahə kimi inkişaf etməyə başlamışdır. Lixaçov qeyd edir ki, "mətnşünaslıq ədəbiyyat tarixinin əsasını təşkil edir. Hər hansı bir abidənin mətninin tarixi bütöv ədəbiyyatın tarixi üçün ilkin mənbədir... Beləliklə, mətnşünaslıq mətnlərin yaranma tarixni öyrənir. Mətnin tarixi bu mənada müxtəlif insanların – müəlliflərin, redaktorların, katiblərin, oxucuların, sifarişçilərin yaradıcılığı kimi başa düşülür. Bu mənada mətnin tarixi birbaşa cəmiyyətin tarixi ilə bağlı olur". Yazılı mətnlər dedikdə yalnız bədii mətnlər başa düşülməməlidir. Bir halda ki, mətn cəmiyyətin tarixni əks etdirir, bu tarixi daha mükəmməl öyrənmək üçün məzmunundan asılı olmayaraq bütün mətnlər tədqiq olunmalıdır.

Значение слова в других словарях