mâcher
machine-outil
OBASTAN VİKİ
Machine Head
Machine Head — 1991-ci ildə Adam Dyus və Robb Flinn tərəfindən qurulmuş ABŞ musiqi qrupu. == Qrup haqqında == 1994-cü ildə qrupun çıxardığı "Burn My Eyes" albomu metal musiqi dünyasına bomba kimi düşür. Albomdakı hər mahnı o qədər yaxşıdır ki, Slayerin gitaristi Kerry Kingin "Sizcə gəlmiş keçmiş ən yaxşı treş-metal albomu Reign In Blood ola bilər mi?" deyə soruşulduğunda cavabı "Xeyr, amma Burn My Eyes Ola bilər" şəklində olmuşdur. Machine Head'in musiqisini bu qədər üstün edən şey o zamanlar üçün bir az da açıq aşkar nifrət dolu mahnı sözləri, vokaldakı əsəb ilə özünü idarə arasındakı tarazlıq, gitara partisyonlarının yazılımındakı ustalıq və ən əhəmiyyətlisi qrupdakı hər kəsin mahnılar içində göstərdikləri uyğunlaşmadır. Daha sonra Logan Mader daha böyük bir qrupda çalmaq istədiyini deyərək Sepultura'dan ayrılan Max Cavalera'nın qurduğu Soulfly'a keçir. Ardından vurma alətlərin ifaçısı Chris Kontos Konkhra qrupuna qatılır. Kontos'un yerinə Dave McClain gəlir. Qrupun ikinci albomu "The More Things Change" yeni heyətləriylə 1997-ci il 25 mart tarixində çıxır. Çox yaxşı bir albom olmasına baxmayaraq "Burn My Eyes"-ın kölgəsində qalır və o zamanlardakı Nu metal axımındaki artım səbəbiylə çox maraq görmüz. 1999-cu il 10 avqust gitaraya Ahrue Luster gəlir və çıxan "Burning Red" albomunda Robb Flynn artıq rap vokallarından da istifadə etməyə başlamışdır və qrup Nu metal tərzinə doğru yönəlir.
Machine learning
Maşın öyrənməsi — verilənlər bazasından və ya sensorlardan giriş olaraq empirik verilənləri alıb, əldə edilən verilənlərin arxasında duran mexanizmin xüsusiyyətlərinə bənzər nümunələrə və ya proqnozlara gətirib çıxaran alqoritmləri dizayn edən və yaradan, süni intellektin bir sahəsidir. Tom Mitçellin tərifi: 'Əgər səmərəlilik T-dəki tapşırıqlarda P ölçüldüyü kimi E təcrübəsi ilə yaxşılaşırsa, onda kompüter proqramı E təcrübəsindən T tapşırıqlar sinifinə və P səmərəlik ölçüsünə görə öyrəndiyi deyilir.' Deduktiv öyrənmə ümumiyyətlə ekspert sistemləri adlandırılır, buna görə də maşın öyrənmə və istifadə öyrənmə terminləri sinonim sayıla bilər. Klassik statistik yanaşmalara alternativ olaraq bir çox induktiv öyrənmə metodu hazırlanmışdır. Bir çox metod, məlumatların çıxarılması (məlumatların alınması), məlumatların çıxarılması ilə sıx bağlıdır. == Əvvəlcədən öyrətmə probleminin ümumi ifadəsi == Bir çox obyekt (vəziyyət) və mümkün cavablar (cavablar, reaksiyalar) var. Cavablar və obyektlər arasında müəyyən əlaqə var, amma bilinmir. Yalnız son dərəcə əvvəlcədən bilinən bir dəstə məlumdur - təlim obyekti adlanan "obyekt, cavab" cütləri. Bu məlumatlara əsasən gizli asılılığı bərpa etmək, yəni mümkün olan hər bir giriş obyekti üçün kifayət qədər dəqiq təsnifat cavabı verə bilən bir alqoritm qurmaq tələb olunur. Bu asılılıq mütləq analitik şəkildə ifadə edilmir və burada neyron şəbəkələr empirik şəkildə yaradılan həll prinsipini tətbiq edirlər. Bu vəziyyətdə əhəmiyyətli bir xüsusiyyət, təlim sisteminin ümumiləşdirmə, yəni mövcud təlim nümunəsindən kənara çıxan məlumatlara adekvat cavab vermək bacarığıdır.
Wayback Machine
Wayback Machine — Ümumdünya hörümçək torunun rəqəmsal arxivi. Internet Archive tərəfindən qurulub.
Washing Machine
Washing Machine — ABŞ eksperimental rok qrupu Sonic Youth-un doqquzuncu studiya albomu. 26 sentyabr 1995-ci ildə DGC Records tərəfindən buraxılıb.
Unbreakable Machine-Doll
Unbreakable Machine-Doll, Yaponiyada tanınan adı ilə Machine-Doll wa Kizitsukanai (機巧少女は傷つかない, Mashin-Dōru wa Kizutsukanai, azərb. Qırılmaz maşın-kukla‎) və ya Kikō Shōjo wa Kizutsukanai — Ruroo-nun rəssamlığı ilə Reyci Kayto tərəfindən yazılan ranobeseriyası. Media Factory nəşriyyatı 2009-cu ilin noyabrından bu yana MF Bunko J imprinti altında ranobenin 15 cildini buraxmışdır. İki manqa adaptasiyası istehsal olunmuşdur: Hakaru Takaqinin rəssamlığı ilə hazırlanan manqa 2010-cu ilin aprelindən "Monthly Comic Alive" jurnalında, Misato Kamadanın rəssamlığı ilə hazırlanan manqa 2013-cü ilin aprelindən "Monthly Comic Gene" jurnalında nəşr olunur. Kinema Citrus studiyası tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı Yaponiyada 7 oktyabr 2013-cü ildən 23 dekabr 2013-cü ilə kimi yayımlanmışdır. XX əsrin əvvəllərində Böyük Britaniyanın alternativ tarix versiyasında alimlər texnologiya ilə sehrbazlığı birləşdirərək Maçinart adlı yeni sahə yaratmağa müvəffəq olublar. Sehrin köməyi ilə hazırlanmış çevrələr sayəsində müxtəlif cisimlərə həyat və süni intellekt verilir. Bu avtomatlar artıq hərbi məqsədlər üçün istifadə edilir və bütün dünyaya yayılıblar. Onların hazırlanmasında iştirak edən şəxslərə kuklaçı deyilir. Rayşin Akabane adlı kuklaçı nüfuzlu Valpurqis Kral Maçinart Akademiyasında təhsil almaq məqsədilə Yaya adlı avtomatı ilə Yaponiyadan Liverpul şəhərinə gəlir.
Big Machine Records
Big Machine Records — Universal Music Group-a məxsus ABŞ musiqi şirkəti. 2005-ci ildə Tennessi ştatının Neşvill şəhərində təsis edilib. Ən çox kantri və pop sənətçilərinin buraxılışlarını həyata keçirir.
Florence and the Machine
Florence and the Machine (yaxud Florence + the Machine) — 2007-ci ildə Londonda yaradılmış blyuz, soul musiqisi və qotik rok elementlərini özündə əks etdirən ingilis indi-pop qrupu. Qrupa müğənni Florens Uelç rəhbərlik edir.
Machine-Doll wa Kizutsukanai
Unbreakable Machine-Doll, Yaponiyada tanınan adı ilə Machine-Doll wa Kizitsukanai (機巧少女は傷つかない, Mashin-Dōru wa Kizutsukanai, azərb. Qırılmaz maşın-kukla‎) və ya Kikō Shōjo wa Kizutsukanai — Ruroo-nun rəssamlığı ilə Reyci Kayto tərəfindən yazılan ranobeseriyası. Media Factory nəşriyyatı 2009-cu ilin noyabrından bu yana MF Bunko J imprinti altında ranobenin 15 cildini buraxmışdır. İki manqa adaptasiyası istehsal olunmuşdur: Hakaru Takaqinin rəssamlığı ilə hazırlanan manqa 2010-cu ilin aprelindən "Monthly Comic Alive" jurnalında, Misato Kamadanın rəssamlığı ilə hazırlanan manqa 2013-cü ilin aprelindən "Monthly Comic Gene" jurnalında nəşr olunur. Kinema Citrus studiyası tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı Yaponiyada 7 oktyabr 2013-cü ildən 23 dekabr 2013-cü ilə kimi yayımlanmışdır. == Məzmun == XX əsrin əvvəllərində Böyük Britaniyanın alternativ tarix versiyasında alimlər texnologiya ilə sehrbazlığı birləşdirərək Maçinart adlı yeni sahə yaratmağa müvəffəq olublar. Sehrin köməyi ilə hazırlanmış çevrələr sayəsində müxtəlif cisimlərə həyat və süni intellekt verilir. Bu avtomatlar artıq hərbi məqsədlər üçün istifadə edilir və bütün dünyaya yayılıblar. Onların hazırlanmasında iştirak edən şəxslərə kuklaçı deyilir. Rayşin Akabane adlı kuklaçı nüfuzlu Valpurqis Kral Maçinart Akademiyasında təhsil almaq məqsədilə Yaya adlı avtomatı ilə Yaponiyadan Liverpul şəhərinə gəlir.
Song Machine, Season One: Strange Timez
Song Machine, Season One: Strange Timez — Böyük Britaniya virtual musiqi qrupu Gorillaz-ın yeddinci studiya albomu. 23 oktyabr 2020-ci ildə Parlophone və Warner Records tərəfindən buraxılıb.
Association for Computing Machinery
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. == Haqqında == ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. == Fəaliyyətlər == Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. == Struktur == Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
Intelligent Machines Journal
"InfoWorld" (əvvəllər "The Intelligent Machines Journal") — ABŞ informasiya texnologiyaları jurnalı. 1978-ci ildə əsası qoyulmuş, aylıq jurnal kimi fəaliyyətə başlamışdır. 2007-ci ildə şirkət jurnalı yalnız onlayn nəşr etmək qərarına gəldi. Sahibi "International Data Group" şirkətidir. "InfoWorld"un baş qərargahı San-Fransiskoda yerləşir. Yarandığı gündən "InfoWorld"un əsas oxucuları informasiya texnologiyaları və biznes mütəxəssisləri olmuşdur. "InfoWorld" öz diqqətini təcrübəli texnoloji jurnalistlərin və praktiki təcrübəçilərin praktiki, analitik və redaksiya məzmununa yönəldir. Sayt ayda orta hesabla 4,7 milyon, ayda 1,6 milyon unikal ziyarətçi əldə edir. == Tarixi == "InfoWorld" 1978-ci ildə Cim Vorren tərəfindən "Intelligent Machines Journal" adı altında təsis edilmişdir. Jurnal 1979-cu ilin sonlarında onu "IDG"yə satılmışdır.
International Business Machines
IBM (tələffüzü: ay-bi-em; ing. International Business Machines) — əsası 16 iyun 1911-ci ildə qoyulan, texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış ilk transmilli kompüter şirkətlərindən biri. IBM kompüter texnologiyaları sahəsində və satış həcminə görə dünya lideridir. IBM meynfreymləri mavi rəngli idi və buna görə də mətbuatda bu şirkəti çox zaman Big Blue ("Mavi nəhəng") adlandırırlar. Baş qərargahı Armonkda (Nyu-York olan IBM dörd şirkətin birləşməsindən yaranıb. Onlardan biri – The Tabulating Machine Company tabulyatorların istehsalı ilə məşğul idi. 1935-ci ildə International Business Machines (IBM) şirkəti IBM-601 hesablayıcılarının geniş istehsalına başladı. 1937-ci ildə IBM şirkətinin mühəndisləri Howard Arken və Brown ilk avtomatik kompüterini düzəltdilər. Bu IBM-in ilk modeli olan MARK-I idi. 1956-cı ildə Massaçusets Texnologiya İnstitutunda tranzistor əsaslı ilk kompüter, "IBM" şirkəti tərəfindən isə ilk elektron informasiya daşıyıcısı "KAMAC-305" sərt diski yaradıldı.

Значение слова в других словарях