maltalı
maltaza 2021
OBASTAN VİKİ
Maltalılar
Maltalılar — Maltanın yerli əhalisi. Ümumi sayı — 740 min nəfərdir və onlardan 396 min nəfəri Malta ərazisində yaşayır. Avstraliyada 164 min, Böyük Britaniyada 40 min, ABŞ-də 50 min, Kanadada 39 minə yaxın maltalı məskunlaşıb. Malta dili sami dillərinin ərəb dil qrupuna daxildir. Ərəb dilinə yaxın olsa da italyan və Avropa dillərinin güclü təsirinə məruz qalmışdır. Maltalılar Avropada yeganə Semit dilli xalqdır. Onlar Aralıq dənizində Malta və Qotso adalarında məskunlaşmışlar. Əsas məşğuliyyətləri əkinçilikdir. Otlaqların azlığı heyvandarlığı məhdudlaşdırır. İqlim Maltada ildə 2-3 dəfə məhsul götürməyə imkan verir.