Benua Mandelbrot
Benua Mandelbrot (fr. Benoît B. Mandelbrot; 20 noyabr 1924[…], Varşava, Polşa – 14 oktyabr 2010[…], Kembric, Massaçusets) — fransız və amerikan riyaziyyatçısı, fraktal həndəsənin yaradıcısı, fizika üzrə Volf mükafatı (1993) laureatı.
== Həyatı ==
Benua Mandelbrot 1924-cü ildə Varşavada Litva yəhudilərinin ailəsində anadan olmuşdur.Onun anası Bella Lurye həkim, atası Karl Mandelbrot isə xırvatçı olmuşdur. Amma onun əmisi Şolem Mandelbroyt Fransada yaşamış və kifayət qədər tanınmış riyaziyyatçı olmuşdur. Şolem Mandelbrot məşhur "Nikola Burbake" ləqəbli riyaziyyatçılar qrupunun üzvü olmuşdur. Benua 12 yaşı olanda ailəsi ilə birlikdə Parisə emiqrasiya edir.
Müharibənin başlamasından sonra Mandelbrotlar ailəsi alman işğalından azad olan Fransanın cənubundakı Tulle şəhərciyinə qaçırlar. Benua orada məktəbə getsə də, tezliklə oxumağa marağını itirmişdir.
Amma Benua Mandelbrot özündəki qeyri-adi riyaziyyat vergisini kəşf edir, o müharibədən dərhal sonra Paris Politexnik məktəbinin tələbəsi olur. Məlum olur ki, Benua əla fəza təxəyyülünə malikdir.