MANİFESTASİYA
(latın manifestatio aşkar etmə, göstərmə)
nümayiş; geniş ictimaiyyətin diqqətini cəlb etməkdən ötrü bu və ya digər ideyalara bağlılığı, həmrəyliyi, təsübkeşliyi və yaxud etirazı təntənəli surətdə bildirməsi üçün, kütləvi ictimai çıxış, tədbir. Vahid düşüncəli, vahid ideya tərəfdarlarının toplaşması, şüarların nümayiş etməsi (söyləmək, oxumaq), nitqlərin bəyan edilməsi, çağırışların edilməsi, transporantların dikəltməsi və s. formada həyata keçirilir.