Manqanit
Manqanit — mineral, y - MnOOH.
== Haqqında ==
Manqanit - qatışıqları SiO2, Fe2O3 və b. Monoklinik. Habitus prizmatik. İkiləşməsi {011} və {100} üzrə. Ayrılması {010} üzrə mükəmməl, {110} və {001} üzrə qeyri-mükəmməl. Aqreqatı: incəkristallik, oolitli, sızma, dənəvər, druzlar. Rəngi tünd-boz, qara. Cizgisi qırmızımtıl-qəhvəyi, qara. Parıltısı yarımmetallik. Sərtliyi 4.