mantissa

mantissa
mantilya
mantiya
OBASTAN VİKİ
Mantissa
Mantissa (ing.mantissa, ru.мантисса)- loqarifmli hesablamalarda: 10 əsaslı loqarifmin müsbət onluq hissəsi. Məsələn, 16-nın onluq loqarifmi 1.2041-dir; xarakteristikada (tam hissə) – 1, mantissa (kəsr hissə) isə 0.2041-dir. Sürüşkən nöqtəli yazılışda mantissa ədədin qiymətli rəqəmlərini ifadə edən hissəsidir. Məsələn, 640000 ədədinin sürüşkən nöqtəli şəkli 6.4E+05, burada mantissa – 6.4, tərtib (E+05) isə 640000 ədədini almaq üçün 6.4-ün yüksəldiləcəyi 10-nun qüvvətini göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Mantissa (Con Faulz)
Mantissa — Con Faulzın 1982-ci ildə nəşr olunan kitabı == Məzmun == Müəllif və onun ilham pərisi arasında mürəkkəb, lakin eyni zamanda zorakılıq və şəfqətlə dolu olan qədim münasibətini təsvir edir. Pərinin rəssamla münasibəti gərgin həssaslıqla dolu olsa da, mövcud həyatda daha mürəkkəb bir emosional dalğaya çevrilir. Con Faulz Mantisada toxuduğu nazik, lakin güclü torda ədəbiyyatı, sevgini və erotizmi müxtəlif müstəvilərdə bir araya gətirsə də, həm əyləndirməkdən, həm də oxucunu düşündürməkdən əl çəkmir.

Значение слова в других словарях