maorilər

maorilər
maori
mar
OBASTAN VİKİ
Maorilər
Maorilər — Polineziya kökənli Yeni Zelandiya əhalisi. 800-1300-cü illər ərzində müxtəlif vaxtlarda qayıqlarla Polineziya adalarından Yeni Zelandiyaya köç etmişlər. == Etimologiyası == Maoricə māori sözü "adi", "təbii", "normal" mənasına gəlir. == Dini == Maorilərin dini yerli dinləri olan Maori dinindən başqa eyni zamanda xristianlıqdır. Xristianlıq maorilər arasında ingilis hökumətinin qurulması və ingilis köçünün artması ilə yayılmağa başlamışdır. Buna kimi isə maorilər bütünlüklə öz dinləri olan Maori dinində idilər. Maorilərin təşkilatlanmasında dini rahiblər böyük rol oynayırlar. == Sayları == Maorilər Yeni Zelandiyanın yerli sakinləri olmalarına baxmayaraq Yeni Zelandiya əhalisinin 15%-ni təşkil edirlər. 2013-cü ilin nəticələrin görə Yeni Zelandiyada maorilərin sayı 598,605 nəfərdir. Maorilərin sayının çox olduğu ikinci ölkə isə Avstraliyadır.