marcher
mare
OBASTAN VİKİ
Mardin
Mardin — Türkiyənin Mardin ilinin inzibati mərkəzi.
Mardin ili
Mardin ili — Türkiyədə il. Cənub-şərqi Anadolu regionunda yerləşən Mardinin şimalı Diyarbakır və Batman, şərqi Şırnak və Siirt, qərbi Şanlıurfa, cənubu isə Suriya ilə əhatə olunmuşdur. Dəclə və Fərat çayları arasında qalan Yuxarı Mesopatomiya hövzəsində 12 760 km–lik bir sahəni əhatə edən ərazi Mardin dağları ilə iki hissəyə bölünmüşdür. Dağlardan şimalda Diyarbakır, cənubda Kızıltepe və Nusaybin ovalıqları yerləşir. Mardin Venedik ve Küduslə birlikdə, həmçinin Sit – də daxil olmaqla xarici görkəmi heç pozulmamış dünyanın üç yerindən biridir. Tarixi İpək Yolu və Mesopatomiyanın ərazisində yerləşməklə 7000 ildir müxtəlif xalqalara qucaq açmışdır, həmçinin ayrı etnik qruplar və adətlərə də ev sahibliyi etmişdir. Hazırda özünün açıq səma altındakı muzey görünüşü ilə UNESCO–nun “Dünya miras siyahısına” üzvdür. Burada ilk universitet təhsili mədrəsələrdə alınır və gümüş hazırlanmasına görə Türkiyənin mərkəzi sayılır. Mardinin quruluş tarixi aparılan arxeoloji qazıntılar nəticəsində miladdan əvvəl 4500 – 3500–ci illərdə Mesopatomiyanın tərkibində olan Subarilər tərəfindən qoyulduğu güman edilir. Miladdan əvvəl 3000–ci ildə digər Cənubi Anadolu bölgələridə olduğu kimi burada da Hurri və Mitanni mədəniyyəti inkişaf etmişdir.
Mardin qalası
Mardin qalası — Türkiyənin ən böyük qalalrından biri olan Mardin qalasının başqa bir adı "Qartal yuvası" dır. Mardin qalası tarixi boyunca 20-dən çox sivilizasiyaya və onlarla ölkəyə ev sahibliyi etmiş böyük bir tarixi xəzinəsidir. == Tarixi == Mardin şəhərinin böyük sahəsinin dayandığı şəhərin yuxarı hissəsində möhkəm bir yerdir. Subari, Şumer, Babil, Mitans, Süryan, Fars, Roma, Bizans, Əməvi, Abbasi, Hamdanilər, Səlcuqlular, Artuklu, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Osmanlı dövründə mövcudluğunu saxlamış çox önəmli bir mədəniyyət parçasıdır. 330-ci ildə günəşə ibadət edən Şad Buxari adlı bir kral gəlib Mardin qalasında qalmışdır. Xəstə olan kral qalada yaşayıb yaxşılaşınca, bir qəsr tikdirir və 12 il həyatını bu qlada davam etdirir. Sonra öz məmləkəti olan Fars və Babildən olan çoxlu əsgər və mülki məmurları gətirdib onlar üçün Mardində yaşayış məskəni saldırır. Əhalinin təsiri ilə 424-cü ilə qədər qalada çox böyük bir inkişaf gedir. Sonradan qalada vəba xəstəliyinin yayılması əhalinin məhv olmasına səbəb olur və 542-ci ilinə qədər Mardin qalsı istifadə olunmamışdır. 975-976 Hamdan bin Hamdan Həsən Nəsir əl Devle Bin Abdullah bin Ham bu təbii daşıyıcıyı minlərlə ildir hakim mövqedə saxlamışdır.
Mardinin mühasirəsi
Mardinin mühasirəsi — 1616-1517-ci illər arasında Süleyman bəy Ustaclı komandanlığı altındakı Səfəvi ordusu ilə Bıyıklı Mehmed Paşa komandanlığındakı Osmanlı ordusu arasında baş tutmuş mühasirə döyüşüdür. Mardinin sonda Osmanlı hakimiyyətinə keçməsinə nəticələnmiş mühasirədə Osmanlı ordusu qələbə qazanmışdır. == Arxa plan == Bıyıklı Mehmed Paşa komandanlığındakı Osmanlı ordusu 1516-cı ilin may ayında baş vermiş Qoçhisar döyüşündə Səfəvi ordusunu məğlub etdi. Bundan sonra da Mardindəki Səfəvi qarnizonu mühasirəyə alındı. Bu zaman Misir səfərinə çıxan Səlim Mardini mühasirəyə alan Osmanlı komandanı Bıyıklı Mehmed Paşanı da özünə qoşulması üçün çağırdı. Dəli Hüsrəv Paşanı mühasirəyə almış ordunun rəhbərliyinə buraxan Mehmed Paşa Səlimə qoşulmaq üçün yola düşdü və 3 avqustda ona qatıldı. 24 avqust 1516-cı ildə baş vermiş Mərcidabık döyüşündə sol qanad komandanı olan Bıyıklı Mehmed Paşa Osmanlı ordusunun Hələbi ələ keçirməsindən sonra Mardindəki mühasirəyə rəhbərlik etmək üçün sultanın ordusundan ayrıldı. == Döyüş == Səfəvi qarnizonu o qədər də çox olmayan Osmanlı ordusuna komandanlıq edən Hüsrəv Paşa tərəfindən iyun ayından etibarən mühasirədə idi. 1516-cı ilin sonunda və ya 1517-ci ilin əvvəlində Mardinə çatan Bıyıklı Mehmed Paşa özü ilə birlikdə xeyli sayda top gətirmişdi. Səfəvi qarnizonunun komandanı olan Süleyman bəy Ustaclının da sonu digər qardaşları kimi oldu.
Mardinspor
Mardinspor, Türkiyənin Mardin şəhərini təmsil edən köhnə futbol klubu. 2015-ci ildə klub bağlanıb. == Tarixi == Mardinspor Klubu 1969-cu ildə Kalespor, Timurspor, Mesopotamiyaspor və Gənclikspor komandalarının birləşməsi ilə yaradılıb. Yarandığı ildə 1969-70 mövsümündə 3-cü Futbol Liqasına daxil edilib. 1971-1972 mövsümünün sonunda Həvəskarlar Liqasına düşdü.
Şerif Mardin
Şerif Mardin (1927, Konstantinopol – 6 sentyabr 2017, İstanbul) — Türk sosioloq və politoloq Şerif Mardin 1927-ci ildə İstanbul şəhərində anadan olmuşdur. 6 sentyabr, 2017-ci ildə vəfat etmişdir. 1927-ci ildə İstanbulda anadan olub. Lisey təhsilini Qalatasaray Liseyinə başlamış və orta təhsilini ABŞ-da bitirmişdir. Stanford Universitetində politologiya fakültəsini bitirmiş və Johns Hopkins Universitetində isə aspirantura təhsilini almışdır. Ankara Universitetində təhsil aldıqdan sonra, 13 ildir ki, Boğaziçi Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsində qurulan Dekan və Sosiologiya rəhbəri idi. Daha sonra Vaşinqtondaki Amerika Universitetində İslam Araşdırmaları Mərkəzinin sədri vəzifəsində çalışdı. Sonra Türkiyəyə Sabancı Universitetinə Tənzimat Dövrü Türk Düşüncəsi haqqındakı işlərini inkişaf etdirəcək bir proqramın başına döndü. 2011-ci ildə Şerif Mardinə Emeritus statusu verildi. Daha sonra İstanbul Universiteti Sosiologiya fakültəsində müəllim işləmişdir.