maricə
marikultura
OBASTAN VİKİ
Marixuana
Marixuana — çətənə bitkisinin qurudulmuş çiçəkli baş qisimindən və yarpaqlarından əldə edilən, tütünə bənzəyən, yaşımtıl və ya qəhvəyi bir maddədir. Toz marixuana, çətənə bitkisinin çiçəkli baş qisminin qara və ya qəhvəyi ifrazatının toza çevrilmiş və ya qəlib halıdır. == Təsirləri == Marixuana istifadəsi xoş bir rahatlıq və bəzən bir coşğu halı verə bilər. İstifadəçilər ayrıca görmə, iyləmə, dadbilmə və eşitmə duyğularında kəskinləşmə hiss edə bilərlər. Qısa vaxtda istifadəçilərin iştahında və nəbzində bir artım olar. İstifadəçilər ayrıca avtomobil istifadəsi və məntiqli düşünmə kimi fiziki və zehni işləri yerinə yetirməkdə çətinlik çəkərlər. Yüksək dozalarla istifadə edənlərin səs və ya rəng hissləri kəskinləşə bilsə də, düşünmə bacarıqları yavaşlayar və bulanıqlaşar. Əgər doza çox yüksək olarsa marixuanın təsirləri halüsinojenlerinkilərə bənzər və qayğı, çaxnaşma və hətta psikotik episodlar şəklində ola bilər. Marixuananın bəzi təsirləri: Paranoya Eyforiya Yuxu istəyi Gülmə krizi Susuzluq Yaddaş itkisi Tüpürcək quruması və azalması Zamanın yavaş keçməsi Şirin qida istəyi Marixuanaın nizamlı istifadəçilərinin iş və ya şəxsi münasibətlər kimi digər bütün fəaliyyətlərə olan maraqlarını itirəcək dərəcədə psixoloji asılılıq inkişaf riskləri vardır. İngiltərədə edilən son işlər marixuana istifadəsi ilə şizofreniyadakı artım arasında bir əlaqə olduğunu ortaya çıxarmışdır.