MARKETRİ

is. \[fr. marquer "oymaq, şəbəkə qurmaq"\] təm. meb. Şpon hissəciklərindən yığılmış dəst. Məhşur fransız mebelçisi Andre Şarl Bul (1642 — 1732) tısbağa qını, qara ağac və bənzəri materialların fonunda bürüncdən mozaik naxışlar yığırdı. Bul mazaikası və ya Bul merketrisi adını almış bu texnikanın məğzində biri—birinin üstünə qoyulmuş material laylarının üzərində eyni zamanda həm fonun, həm də haşiyənin elementlərini oyma işi durmuşdur
MARKETİNQ
MARQO
OBASTAN VİKİ
Marketri texnikası
Marketri — hələ antik dövrlərdə yaranmışdır. Marketri (frans. marquer-işarələmək) müxtəlif ağac növlərinin lövhələrinin hissəciklərindən düzəldilən mozayka növüdür. Mozaykanın elementlərini şpondan (nazik ağac lövhələr) kəsilir, tərs tərəfdən kağız yapışqanlarla yapışdırılır, fonla birlikdə çevrilərək hər hansı bir əşyanın üzərinə yapışdırılır. Marketrinin yaranması yalnız XVI əsrdə şpon istehsal edən maşının yaranmasından sonra mümkün oldu. Bundan sonra ucuz ağac növlərindən düzəldilmiş mebelləri bahalı ağac növlərindən hazırlanmış şponlarla üzləməyə başladılar. XVI əsrin əvvəlində marketri texnikası Almaniya, Hollandiya və Fransada yayıldı. Lakin XVIII əsrdən yerli ustalar meydana çıxdı. Marketrinin ən inkişaf edən dövrü XVIII əsrə təsadüf edir. Ondan interyerin və mebellərin bəzədilməsində istifadə edirdilər.

Значение слова в других словарях