marşçı 2021
marşrut
OBASTAN VİKİ
Marşlar
Qadın marşları (2017)
Qadın marşları (ing. Women's Marches; Women's March on Washington) - 2017-ci ilin 21 yanvar tarixində dünyanın müxtəlif şəhərlərində qadınlar tərəfindən başladılmış etiraz hərəkatları. Qadın etirazları özündə sosial ədalətsizlik, qadın hüquqları, irqçiliyin normallaşdırılmasına qarşı mübarizə, tibb islahlatları və LGBT hüquqları kimi müxtəlif sahələri birləşdirir. Etirazlar Donald Trampın ABŞ-nin 45-ci prezidenti kimi and içməsindən sonra ilk dəfə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində başlanıb. Donald Tramp seçki kompaniyası ərzindəki çıxışların bir necəsində qadınlar və qadın hüquqları ilə bağlı sərt fikirlər bildirməsi ilə yadda qalıb. 2017-ci il qadın etirazları ABŞ tarixində bir gün ərzində ən çox insan izdihamı ilə müşahidə olunmuş etiraz kimi tarixə keçib. İlk etiraz nümayişi paytaxt Vaşinqton şəhərində planlaşdırılıb və Vaşinqtonda qadın etirazları kimi təqdim edilib. Vaşinqtonda baş tutan etirazlar facebook, youtube və tvitter kimi saytlarda canlı yayımlanmışdır. Təkcə Vaşinqton şəhərindəki mitinqdə yarım milyona yaxın adam iştirak edib. Dünya üzərində baş tutan dəstək mitinqlərindəki iştirakçı sayı isə 4.8 milyona yaxındır.