massaget

massaget
masonluq
massagetlər
OBASTAN VİKİ
Massagetlər
Massagetlər (yun. Μασσᾰγέται, lat. Massagetae) — Mərkəzi Asiya çöllərində məskunlaşmış və daha geniş skif mədəniyyətlərinin bir hissəsi olmuş qədim köçəri xalq. == Mənşə == Massagetlərin mənşəyini qəti şəkildə ortaya qoyan tapıntılar olmasa da, iki mühüm yanaşma var. Massagetlərin İrandilli xalqlardan olması haqqında bir çox fərziyyələr də vardır. Digər tərəfdən, bəzi türkiyəli alimlər onların qədim türklərdən (prototürk) ibarət və qədim türklər ilə əlaqəli olduqlarına dair fikirlər və iddialar var. Bundan başqa, İrandilli icmaların üstünlük təşkil etdiyi konfederasiya olması haqqında iddialar da var. Əldə edilən mənbələrlə turanlı elementləri də eyniləşdirilir. == Ərazi == Qədim yunan mənbələrində Xəzər dənizinin şərq sahillərində Amudərya və Sırdərya çayları arasındakı ərazidə yaşamış xalq kimi təsvir edilmişdir. Lakin bir çox tarixçilərə görə bu çarlıq Orta Asiyada yerləşir.