MATERİKLƏR, KONTİNENTLƏR

Yer qabığının hər tərəfdən okean və dənizlərlə əhatələnmiş böyük quru massivləri. Müasir geoloji epoxada 6 materik mövcuddur: Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Afrika, Avstraliya və Antraktida. M. üçün Yer qabığının ümumi qalınlığının 35-45 km-dək olması və qranit qatının mövcudluğu xarakterikdir.
MATERİK DAYAZLIĞI
MEQABİOSFER
OBASTAN VİKİ
Materiklər
Materik — yerin su ilə əhatə olunmuş böyük bir hissəsi. Bu, Yerin geoloji inkişafı zamanı onun xarici təbəqələrinin fiziki-kimyəvi və qravitasiya təsnifatı nəticəsində əmələ gələn mürəkkəb tərkibli heterotektik cisimlərin məcmusudur. Materiklərin sahəsində əks olunan irimiqyaslı geoloji strukturların mövcudluğu iki əsas tipə – geosinklinallara və platformalara təsnif edilir. Qitələr üçün xarakterik olan ərazi növləri düzənlik və dağlardır. "Materik" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "qitə" termini də istifadə olunur. Materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Onun kənarları dəniz altında olur. Müasir geoloji dövrdə 6 materik vardır. Sahəsi 54 mln km² olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3 hissəsini əhatə edir. Ucqar nöqtələri.