matrisasız
matronim
OBASTAN VİKİ
Matrona
Matrona (az. Romada azad doğulmuş ərli qadın)— Qədim Romada azad doğulmuş — nə özü, nə də valideynləri qul olmayan, yaxşı reputasiyalı və kəramətli ərli qadın. Bu ad lat. mater sözündən yaranmışdır. Matrona ailədə lat. matris familias statusuna malik olub ailə başçısı — lat. pater familias statuslu ərinin iradəsi altında olur, vəzifəsi uşaqların təlim tərbiyəsi ilə və evdarlıqla məşğul olmaq idi. Matrona siyasi və dövlət işləri ilə məşğul ola bilməzdi.
Matrona Moskovski
Moskvalı Matrona – rus pravoslav kilsəsinin müqəddəsi.
Moskvalı Matrona
Moskvalı Matrona – rus pravoslav kilsəsinin müqəddəsi.
Hesperis matronalis
Hesperis matronalis (lat. Hesperis matronalis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin hesperis cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik bitkidir. Gövdəsi əyilmiş, qısa budaqlı və ya uzun, hündürlüyü (15) 30-100 sm, sadə və ya qarışıq tükcüklüdür. Yarpaqları yumurtavari və ya uzunsov-lansetvari, ucubiz, kənarları diş-dişli və ya demək olar bütöv, aşağı yarpaqları saplaqlı, yuxardakılar oturaq, dar lansetvaridir. Salxımı qeyri-sıxdır. Çiçəkləri xoş ətirli, ləçəkləri bənövşəyi, çəhrayı, az hallarda ağ rəngdədir. Buynuzmeyvələri demək olar ki düz, təsbehvari, uzunluğu 5-12 sm, nazik, çılpaq və ya tüklənmişdir. Toxumları xırda, mixəyidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır.

Значение слова в других словарях