matrosluq
mauntinbayk
OBASTAN VİKİ
Matryoşka
"Matryoşka" — ən geniş yayılmış suvenirlərdən biri, rus istehsalı olan oyuncaq növü. “Matryoşka”nın yaranma tarixi 1890-cı ilə təsadüf edir. Hesab olunur ki, bu oyuncaqlar ilk dəfə həmin il Moskvada uşaq təhsil emalatxanasında düzəldilib. Bu oyuncağın adı “Matryona” sözündən götürülüb, mənası “ailənin anası” deməkdir. Bu oyuncaq taxtadan əl işi olaraq düzəldilir və üzərinə müxtəlif rəngli boyalarla naxışlar vurulur. Xüsusilə ənənəvi rus paltarı olan sarafan geymiş körpələr şəklində boyanır. İç-içə keçən, getdikcə kiçilən, dekorativ bir suvenir olaraq istifadə edilə bilən və ya uşaqların maraqla tək-tək açıb oynadıqları bu oyuncaqların xüsusilə işləmələri göz oxşayır. Naxışların hər biri incə iş tələb edən diqqətlə hazırlanır. Oyuncağın özü 6 və daha çox sayda olur. Hər birinin içərisində özündən balacası yerləşir.

Значение слова в других словарях