mavrlar

mavrlar
mavrı
mavzoley
OBASTAN VİKİ
Mavrlar
Mavrlar – qədim dövrdə və orta əsrlərdə bir sıra müxtəlif tayfalara verilən şərti ad. Qədim romalılar Mavretaniyada (Afrikanın şimal-qərbində ölkə) yaşayan əhalini mavrlar adlandırırdılar. Pireney yarımadası ərəblər və bərbərlər tərəfindən fəth edildikdən sonra Avropada onları mavr adlandırmağa başladılar. Kordova xilafəti dövründə Pireney yarımadasının bütün müsəlmanlarına mavr deyirdilər. Rekonkistadan sonra Şimali Afrikanın müsəlman ərəblərini, əsasən də şəhərliləri mavr adlandırırdılar. Bəzən Cənubi Ərəbistan və Seylon adasından gələnlərin qarışıq kəbinlərindən törəyənlərə də mavr deyirdilər. == Etimologiyası == "Mavr" sözünün etimologiyası qeyri-müəyyəndir. Buna baxmayaraq, bu, finikiyalıların "qərblilər" mənasını verən "Mahurin" terminindən törəmiş ola bilər. "Mahurin"dən qədim yunanlar "Mauro", latınca isə "Mauri" sözü yaranmışdır. Odur ki, "mavr" sözünün Finikiya mənşəli olduğu ehtimal edilir.