mazat
mazdeizm
OBASTAN VİKİ
Mazdaizm
Mazdaizm — e.ə. I minilliyin ilk əsrlərindən başlayaraq Qərbi İranda, Əfqanıstanda, Orta Asiyada yaranmış dinlərin geniş yayılmış adı. Ulu tanrı Ahura Mazdanın adından yaranmışdır. Bu dinlərə zərdüştilik, manixeizm və zurvanizm kimi dinlər aiddir. Mazdaizmin bir çox elementi zərdüştilik tərəfindən mənimsənilmiş və ənənəvi olaraq Zərdüşt tərəfindən Avesta vasitəsilə təbliğ edilmişdir.