MEANDR

(yun. maiandros-meandr, Kiçik Asiyada çox əyriləri olan Böyük Menderes çayının qədim adı) düzənlik çaylarının məcrasında hamar əyri, əyrilərin radiusu çayların sululuğundan və onun axım sürətindən asılıdır. меандр meander
MATERİKLƏRİN SUALTI KƏNARI
MEXANİKİ AŞINMA
OBASTAN VİKİ
Meandr
Meandr (yun. Μαίανδρος) — Hazırda Türkiyə ərazisində yerləşən Böyük Menderes çayının qədim adı. Çayın düzən relyefdə ziqzaqvari şəkildə axması nəzərdə tutulur. Xarici sahillərinə nisbətən daxili adətən sərt olur. Bəzən çay öz yatağını dəyişərək düz istiqamətdə axır. Çay daşqınlar zamanı öz yatağını dəyişdiyi zaman köhnə meandrlarda kiçik göllər əmələ gəlir. Azərbaycanda bu tip göllər Axmazlar adlanır. Azərbaycanda ən böyük meandrlar Kür çayında müşahidə edilir.
Yarılmış meandr
Yarılmış meandr (rus. прорванный меандр, ing. cut-off meander) — adətən daşqın zamanı çay meandr boğazını daha qısa yol ilə kəsərək yeni yataq əmələ gətirir. Köhnə yataq quruyaraq onun yerində planda nal şəkilli axmaz yaranır.

Значение слова в других словарях