Mercy (Madame Monsieur mahnısı)
Mercy (azərb. Təşəkkür) — Fransanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Madame Monsieur dueti "Mercy" mahnısı ilə Fransa telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda qələbə qazanmış və Fransanı həmin mahnı ilə Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. "Mercy" Madame Monsieur duetinin üzvləri olan Emili Satt və Jan-Karl Lukas tərəfindən bəstələnmişdir.
Mahnıda Avropada yaşanan miqrant böhranının qızğın vaxtında dünyaya gələn "Mercy" adlı qızın düşüncələri əks etdirilir.