MERİTOKRATİYA

(latın meritus layiqli və yunan krátos – hakimiyyət) hərfi mənada: ən istedadlıların, qabiliyyətlilərin, zəkalıların hakimiyyəti; texnokratik utopiyanın bir növü; şəxsi dəyər və bacarıqları əsasında seçilmiş şəxslərdən ibarət Hökumət tərəfindən idarə edilən cəmiyyət ifadə olunur. M. - demokratik prinsipləri ikinci plana çəkir, cəmiyyətin idarə edən elitaya və idarə olunan kütləyə bölgüsünə, yəni sosial bərabərsizliyə bəraət qazandırır. “M.” termini 1958-ci ildə ingilis sosioloqu M.Yanq tərəfindən “Meritokratiyanın meydana gəlməsi (1870-2033) hekayə-romanında verilmişdir və əvvəlcə təhsil sistemini öyrənmək və onu yaxşılaşdırmaq üzrə tövsiyyələr hazırlamaq üçün işlədilmişdir.
MEDAL
MƏCƏLLƏ
OBASTAN VİKİ
Meritokratiya
Meritokratiya — bilik və bacarıqlara əsaslanaraq həyata keçirilən bir idarə üsulu. Bu idarə üsulunda hakimiyyət şəxsi özəllikləri olan şəxslər arasında bərabər bölüşdürülür, ayrı-seçkilik yoxdur. Xüsusən cəmiyyətin idarə edilməsində istifadə olunan bu idarə üsulunda əsas məqsəd daha savadlı və bacarıqlı şəxslərin seçilməsidir. Meritokratiya ifadəsi ilk dəfə britaniyalı sosioloq Maykl Yanq tərəfindən 1950-ci illərdə özünün “Meritokratiyanın Yüksəlişi” (ing. The Rise of Meritocracy) əsərində istifadə olunmuşdur. Bu söz latınca meritum ilə yunanca kratein (yun. κρατεῖν) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Meritokratiya dilimizə cəmiyyətdə dəyərlilərin, seçkinlərin güclü və nüfuslu olmasını müdafiə edən bir siyasi baxış kimi tərcümə olunur. Alimlərin hesablamalarına görə ilkin inzibati meritokratiya nümunələri qədim Çinə gedib çıxır. Bu anlayış qədim Çində təxminən e.ə.

Значение слова в других словарях