METEOR CİSMİ

kosmik fəzada hərkət edən nisbətən kiçik bərk cisim, günəş ətrafına dolanan M.c. çoxluğu meteor maddəsini təşkil edir. M.c.-nə bəzən Yerdə rast gəlinir.
METEOR ASTRONOMİYASI
METEOR İONLAŞMASI
OBASTAN VİKİ
Meteor
Axan ulduz və ya Meteor — Günəş sisteminin kiçik cisimlərindən biridir. Onlar kometlərin parçalanması nəticəsində yaranan, həmçinin Günəşə yaxınlaşarkən itələmə qüvvəsinin təsiri ilə kometləri tərk edən hissəciklərdir. Yanan daş normalda daş alovu söndürür amma meteor nə qədər isdi ki daş belə yanır. === Meteorlar haqqında === Planetlərin toz mühiti içərisində ən dinamik maddə növü meteor maddəsidir. Bunların ən kiçikləri (ᐸ0,5 mkm) işığın təzyiqi ilə Günəş sistemini tərk edirlər. Nisbətən böyük meteor maddəsi Robertson-Poyntinq effekti nəticəsində Günəş sistemində qalır. Bunların hər birinin kütləsi qramın onda biri qədər, hətta daha kiçik olur. Nadir halda bəzi meteor cisminin kütləsi qramlarla olur. Bu cisimlərin konsentrasiyası çox kiçikdir: yerətrafı fəzada 1 km3 həcmdə iki mikrometeor vardır. Yerə nisbətən sürətləri 10–15 km/san olan mikrometeorlar əksəriyyət təşkil edirlər.
Göy cismi
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. == Qalaktika və daha çoxu == Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır. Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər.
MBDA Meteor
MBDA Meteor raketi, çoxmillətli “MBDA” şirkəti tərəfindən hazırlanan, 320 km məsafəli, radarla idarə olunan hava-hava tipli döyüş raketidir. Yüksək intensivlikdə olan elektron müharibə mühitində işləyən və qabaqcıl ramjet mühərrik texnologiyasından istifadə edən raket 2016-cı ildə Avropa ölkələrində istehsal olunmağa başlanmışdır. Meteor raketi AIM-120 AMRAAM raketinin əvəzinə yeni nəsil, çox uzaq mənzilli, görüş dairəsindən kənarda fəaliyyəti təmin edəcək bir önləmə raketinin axtarışı ilə ortaya çıxmışdır. Raket üzərində həyata keçirilən işlər, layihədə bir sıra digər Avropa ölkələrinin iştirakı və qısa müddət ərzində Boeing-in dəstəyini bu layihəyə verməsi ilə MBDA şirkətinin rəhbərliyi çərçivəsində beynəlxalq bir proqrama çevrildi. Aktiv idarə olunan radar, yüksək sürətlərdə hərəkətinə imkan verən ramjet mühərriki və uzun mənzili sayəsində qısa və orta mənzildə effektiv MICA ilə işləyən meteor raketi; Eurofighter Typhoon, Dassault Rafale, Saab JAS 39 Gripen, Lockheed Martin F-35 Lightning II kimi döyüş təyyarələrində istifadə olunur. == İstifadəçilər == Meteor raketi, İngiltərə Kral Hərbi Hava Qüvvələri, Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələri, Alman Hərbi Hava Qüvvələri, İspaniya Hərbi Hava Qüvvələri, İtaliya Hərbi Hava Qüvvələri, Fransa Hərbi Hava Qüvvələri, İsveç Hərbi Hava Qüvvələri, Çex Respublikası Hərbi Hava Qüvvələri, Misir Hərbi Hava Qüvvələri, Hindistan Hərbi Hava Qüvvələri, Qətər Hərbi Hava Qüvvələri kimi bir çox dövlətin hərbi hava qüvvələri tərəfindən istifadə olunur.
Meteor seli
Meteor seli hər ilin eyni ayda gedən qısamüddətli və sıx (dəqiqədə 1000-dən çox) meteorların dəstəsi. Böyük meteor seli radiantının daxil olduğu bürcə görə adlandırılır. Yerdən görən kimi meteor seli meteor yağışı adlanır. Əsas meteor seliləri Kvadratidlər, Liridlər, η-Akvaridlər, δ-Akvaridlər, Perseidlər, Drakonidlər, Orionidlər, Tauridlər, Leonidlər, Germinidlər və Ursidlərdir.
Meteor yağısı
Meteor seli hər ilin eyni ayda gedən qısamüddətli və sıx (dəqiqədə 1000-dən çox) meteorların dəstəsi. Böyük meteor seli radiantının daxil olduğu bürcə görə adlandırılır. Yerdən görən kimi meteor seli meteor yağışı adlanır. Əsas meteor seliləri Kvadratidlər, Liridlər, η-Akvaridlər, δ-Akvaridlər, Perseidlər, Drakonidlər, Orionidlər, Tauridlər, Leonidlər, Germinidlər və Ursidlərdir.
Təkrarlanmış NGC cismi
Yeni ümumi kataloq və ya NGC (ing. New General Catalogue və ya NGC) — həvəskar astronomiyada uzaq kosmik obyektlərin ən məşhur kataloqu. Kataloq qeyri-ixtisaslaşdırılmış böyük kataloqlardan biri hesab olunur. Çünki, kataloqda uzaq kosmosun bütün tip obyektləri yer alır (məsələn, təkçə yalnız qalaktikalarla ixtisaslaşmır). Kataloqa 7840 obyekt daxildir. Kataloq 1880-ci illərdə Con Lüdviq Emil Dreyer tərəfindən əsasən Vilyam Herşelin müşahidələri əsasında yaradılmışdır, daha sonra isə iki indeks kataloqlarının (IC I & IC II) vasitəsilə 5326 obyekt də əlavə olunaraq genişləndirilmişdir. Cənub yarımkürəsinin səma obyektləri daha az kataloqlaşdırılmışdır, lakin çoxusu Con Herşel tərəfindən müşahidə edilmişdir. "Yeni ümumi kataloq"da bir neçə səvlər var idi, əksəriyyəti "Yenilənmiş yeni ümumi kataloq"da aradan qaldırıldı.