Xlor
Xlor (Cl) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 17-ci element.
Xlor kəskin iyli sarımtıl – bərk maddedir Birinci dünya müharibəsində xlordan zəhərləyici maddə kimi istifadə
edilmişdir. Kimyəvi reaksiyalarda tərkibində xlor olan birləşmələrdən və xlorlu sudan xlor aldıqda o, təhlükəli sayılır. Tərkibində xlor olan ağardıcılardan istifadə etdikdə də otağın havasını yaxşı dəyişmək lazımdır. Xlorun hətta kiçik dozası nəfəs yollarını güclü qıcıqlandırır.
Bitkilərin orqanizmində xlorun miqdarı təxminən kütləcə 0,1 %-dir. Bu bütün canlı orqanizmlərdə su-duz mübadiləsinin əsas elementlərindən biridir. Bəzi bitkilər (halofitlər – şoranlıqlarda bitən bitkilər) yüksək qatılıqda natrium xloridə malik duzlu torpaqlarda inkişaf etmək qabiliyyəti ilə yanaşı xloridləri də toplamaq qabiliyyətinə malikdirlər. Onlara şoran ot, yulgün və s. aiddir.