mikoriza

mikoriza
mikoplazma
mikotoksikoz
OBASTAN VİKİ
Mikoriza
Mikoriza (yun. mikos – göbələk və rhiza - kök) – göbələk-kök göbələk miselisinin ali bitki kökləri ilə birlikdə simbioz (müştərək) yaşaması. Mikoriza bitkilərin kökündə müxtəlif formalarda olur; kökün ucunu xaricdən əhatə edən ektotrof Mikoriza və miselinin hüceyrənin daxilinə keçməsi ilə xarakterizə olunan endotrof mikoriza ayırd edilir. Ektotrof Mikoriza bir çox ağac (palıd, küknar, şam, tozağacı), kol (söyüd), bəzi kolcuqlar və ot bitkiləri (diridoğan qarabaşaq) üçün xarakterikdir. Endotrof Mikorizanın inkişafı zamanı kökün forması dəyişmir, kök telləri məhv olmur, göbələk hifləri qabıq parenximasının hüceyrə daxilində yerləşir. Köklərində Mikoriza olan bitkilər mikotrof bitkilər adlanır.