mikroiqlimşünas

mikroiqlimşünas
mikroiqlim
mikroiqlimşünaslıq
OBASTAN VİKİ
Mikroiqlimşünaslıq
İqlimşünaslıq təkcə böyük ərazilərin iqlim şəraitini öyrənib onları təsvir etmir. Relyef formasından, səmtdən, torpaq şəraitindən, torpaq səthinin vəziyyətindən, bitki örtüyünün xarakterindən asılı olaraq səth örtüyünün müxtəlif hissələrində, həmin yerin ümumi iqlim xüsusiyyətlərindən fərqlənən xüsusi iqlim şəraiti yarana bilər. Belə şəraitlər bir qayda olaraq kiçik sahələrdə yaranır və müəyyən yerlərə uyğun olur, ona görə də onlar yalnız yerli xarakter daşıyırlar. Səth örtüyünün ayrı-ayrı hissələrində yerli təbii müxtəlifliklərin təsiri altında yaranan iqlimə mikroiqlim deyilir.Mikroiqlim xüsusilə yerüstü təbəqədə daha kəskin nəzərə çarpır. Torpaq, bitki, relyef və s. yerli şəraitin müxtəlifliyindən asılı olan, havanın aşağı təbəqəsinin iqlim şəraitini öyrənən iqlimşünaslığın sahəsinə mikroiqlimşünaslıq deyilir.Təcrübi işlərə xidmət etmək prosesində iqlimşünaslıqda bir sıra sahələr ayrılmışdır ki, onlar sonralar müstəqil inkişafa çatmışdır. Məsələn: beləliklə aqroiqlimşünaslıq, meşə iqlimşünaslığı, tibbi iqlimşünaslıq, nəqliyyat iqlimşünaslığı və s. meydana gəlmişdir.