MİKROSENOZLAR

is. Biosenozların əsas qatları daxilində yerləşərək, dominant populyasiyaların mühityaratma fəaliyyətinin təsiri altında olan kiçik qruplaşmalar.
MİKRORELYEF
MİKROTROFİZM
OBASTAN VİKİ
Mikrosenozlar
== Mikrosenozlar == Mikrosenozlar-biosenozların əsas qatları daxilində yerləşərək, dominant populyasiyaların mühityaratma fəaliyyətinin təsiri altında olan kiçik qruplaşmalar. Mikrosenozlar aşağıdakı qruplara bölünür: Mediogen mikrosenozlar- biosenotik mühitin yaratdığı mikrosenozlar (epifit və saprofit mikrosenozlar.; məs, mamırlar və şibyələr mikrosenozlar) Biogen mikrosenozlar- biosenozda dominantlıq edən növün biologiyası ilə əlaqədar yaranan mikrosenozlar (məs. kökümsov); Ekzogen mikrosenozlar- torpağın zədələnməsi nəticəsində yaranan mikrosenozlar. (qabanların torpağı qazması, alt yarusda ağacların yıxılması), bəzi ağacların gövdələrinin qabığının zədələnməsi buna səbəb ola bilər. Biomediogen mikrosenozlar- (məs: ağacın çürüyən gövdəsi üzərində kökümsov bitkinin Mikrosenozu); Bioekzogen mikrosenozlar- (məs. ocaq yerində kökümsov bitkinin yaratdığı mikrosenozlar) Endogen mikrosenozlar torpağın mikrosenozu (sistematik edafik qatının), Məs. miko və mikrosenozlar və bakteriya mikrosenozları. Bütün mikrosenozlarda yalnız dominulentin deyil, digər senotiplərin və bitki və heyvan populyasiyaları iştirak edir. Biosenozda nisbətən davamlı mikrosenozlarla yanaşı çox vaxt mikrosenozları yaradan suksessiyaların elementlərinə-mikroprosenozlara rast gəlinir: məs. yıxılmış ağac üzərində və heyvan leşi üzərində müşahidə olunan suksessiya.