mikrosporidi

mikrosporidi
mikrosporangi
mikrosporidilər
OBASTAN VİKİ
Mikrosporidilər
Bu tipin nümayəndələri həm onurğalıların, həm də onurğasızların orqanizmlərində parazitlik edir. 1500-dən çox növü məlum olan mikrosporidilər hüceyrədaxili parazit həyat sürür. Ən geniş yayılmış mikrosporidilər bal arılarında ağ diareya yaradan Nosema apis və Nosema bombycis-dir. Spor daxilində bir iki ədəd rüşeym və unikal orqanel kompleksi olan ekstruziya aparatı yerləşir. Bu aparat sahibin hüceyrəsinin xarici qişasını dəlib onu yoluxdurmaq, rüşeymləri bilavasitə sitoplazmaya yeritmək üçündür. Hüceyrədə mikrosporidi proliferativ siklə (meroqon) məruz qalır. Sonda spor yaranır (sporoqon). ilk öncə balıq parazitin sporlarını udur. İlk infeksiya zədələnməsi mədə-bağırsaq traktının yuxarı hissəsinə təsadüf edir. Ona görə də ilk ksenomlar bağırsağın ilk şöbələrinə təsadüf edir.