minotavr
minsentnerçi 2021
OBASTAN VİKİ
Minoy sivilizasiyası
Minoy sivilizasiyası — Krit adasında qədim sivilizasiya. Minoy mədəniyyətinin çiçəklənməsi e.ə. XVI əsr və XV əsrin birinci yarısına təsadüf edir. Krit mədəniyyətinin (yaxud da Minoy mədəniyyətinin) yaranması Kritin əfsanəvi hökmdarı Minosun adı ilə bağlıdır və e.ə. III-I minilliklərə təsadüf edir. == Arxeoloji qazıntılar == İngilis arxeoloq Artur Evans 1899-cu ildə “Minos”u axtarmağa başladı. Evans yunan adası Kritdə qazıntı işlərinə başladı, əfsanəyə görə Minos adlı hökmdarın idarə etdiyi qüdrətli imperiyanın paytaxtı Knos Krit adasında yerləşirdi. Evans tezliklə Henrix Şlimanın (Mikena mədəniyyətini aşkarlayan arxeoloq) tapdığı qalıqlardan daha zəngin və daha gözəl xarabalıqlar aşkarladı. Evansın apardığı qazıntı işlərinin Şlimandan sonra həyata keçirlməsinə baxmayaraq, onun Knosda aşkarladığı sivilizasiya Şlimanın aşkarladığı yunan sivilizasiyasından daha qədim idi. Bu nailiyyəti Evansa cəngavərlik titulu qazandırdı.