mokşa
mokşalar
OBASTAN VİKİ
Mokşa (çay)
Mokşa (mokş. Мо́кша) və ya Yov (mokş. Йов) — Rusiyanın Penza, Ryazan vilayətləri və Mordoviya Respublikasında çay. Oka çayının sağ qoludur. Uzunluğu 656 km, hövzəsinin sahəsii 51 min km²-dir. Volqaboyu yüksəkliyindən başlanır. Əsasən, qar suları ilə qidalanır. Noyabrdan mayadək donmuş olur. Ağac axıdılır. Kadom qəsəbəsindən gəmişiliyə yararlıdır.
Mokşa dili
Mokşa dili, mokşan dili və ya mokşen dili (мокшень кяль) — mokşaların dili. Əsasən Rusiyanın tərkibində olan Mordoviyada yayılmışdır. == Ədəbiyyat == Цыганкина Д. В. Грамматика мордовских языков (фонетика, графика, орфография, морфология). Саранск, Мордовское книжное издательство, 1980, s.430. Коляденковой М. Н., Заводовой Р.Грамматика мордовских (мокшанского и эрзянского) языков. Ч.1. Фонетика и морфология. Саранск, Мордовское книжное издательство, 1962, с.376. Имяреков А. К. Мокшанско-русский словар. Саранск, Мордовское книжное издательство, 1953, с.
Mordva dilləri
Mordva dilləri — Ural dil ailəsinin fin-uqor dillərinin fin-volqa dilləri qrupuna aiddir. Mordov dilləri qrupuna iki dil daxildir — mokşan dili və erzyan dili. Mordov dilləri Rusiya ərazisində Mordoviyada, Çuvaşistanda, Tatarıstanda, Başqırdıstanda, həmçinin Nijeqorod, Orenburq, Penza, Ryazan, Samara, Saratov, Tambov və Ulyanov vilyaətlərində yayılıb. Mokşan və erzyan dilləri rus dili ilə yanaşı Mordoviya Respublikasının rəsmi dilləridir. Knyaz Kurbskinin bildirdiyuinə görə meşeralılar da mordov dillərinə aid imiş. == Danışanların sayı == Mordov dillərində danışan erzya, mokşa, şokşa, teryuxan və karatai xalqları ümumi mordva xalqı adı altında birləşirlər. Ona görə ümumi saylarını müəyyənləşdirmək çətin olur. Rusiyada 201-ci il əhalini siyaıya alınmasına görə 392 941 nəfər mordva dilini, 36 726 nəfər erzya-mordov dilini, 2025 nəfər mokşa-mordov dilini bildiklərini bildiriblər; 744 237 nəfər özləri mordva, 4767 nəfər mokşa, 57 008 nəfər erzya xalqına aid olduqlarını göstəriblər. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Орнатов П. Мордовская грамматика, составленная на наречии мордвы-мокши. — М., 1838; Шахматов А. А. Мордовский этнографический сборник.
Mordva ədəbiyyatı
Mordoviya ədəbiyyatı — mordva xalqının mokşa və erzyan dillərində ədəbiyyatı. == Tarixi == Mordva ədəbiyyatının ilk yazılı nümunələri Rusiyada Oktyabr inqilabından sonra yaranmışdır. Bunlara Zaxar Dorofeyev, A. Doroqoyçenko, F. İ. Zavalişin və Y. P. Qriqoşinin yaradıcılığı aiddir. İnqilabdan sonra milli yazının yaradılması ilə ədəbiyyat əsl inkişaf yoluna çıxmışdır. 1930-cu illərdə Mixail Bezborodov, A. M. Lukyanov, A. D. Kutorkin, T. A. Raptanov və başqalarının peoma, povest, dram və romanları dərc olunmuşdur. İkinci Dünya müharibəsi illərində mordva yazıçıları vətənpərvər ruhlu şeir, hekayə və oçerklər yazmışlar. Müharibədən sonrakı illərdə Kuzma Abramov, A. D. Kutorkin, İ .D. Pinyayev, N. L. Erkay, S. S. Larionov, Y. M. Pinyasov, A. M. Moro və başqalarının şeir kitabları, roman və povestləri nəşr olunmuşdur. Mordva şair və yazıçılarının bəzi əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Б. Е. Кирюшкин. Мордовская литература // Литературный энциклопедический словарь.