monofizit
monofonematik
OBASTAN VİKİ
Monofizitizm
Monofizitízm (q. yun. μόνος — "yalnız bir, vahid" + φύσις — "təbiət, mahiyyət") — İsanın yalnız bir Tanrı təbiətinin olduğunu və onda insan təbiətinin olmadığını iddia edən xristian təriqətidir. Bu təlim xristianların çoxu tərəfindən rədd edilir. == Yaranması == V-ci yüzillikdə xristoloji çəkişmələr getdiyi zaman yaranmışdır. 444-cü Konstantinopol kilsələrindən birinin arximandriti (rahiblikdə olan keşişlərə verilən yüksək kilsə rütbəsidir) olan Evtihian (Eutychianus) İsada insani mahiyyəti inkar edərək, onda yalnız İlahi mahiyyətin olduğunu iddia edirdi. Onun fikrincə, İlahi və insani təbiət bir-birinə sığmaz. Onlar birləşsə insan təbiəti İlahi təbiətdə əriməlidir. Evtihian və onun tərəfdarlarını monofizit adlandırmışdılar. Ancaq Evtihianı Konstantinopolda yığılan yerli Kilsə Məclisi pisləmişdir.