Monoxromator
Monoxromator (q.yun. μόνος – tək; χρῶμα – rəng) — optik şüalanmanın müəyyən dalğa uzunluğuna uyğun hissəsini ayırmaq üçün cihaz. Əsas hissələri: kollimator, dispersiya yaradan element, fokuslayıcı obyektiv və diafraqmadır. Monoxromatorun keyfiyyəti onun ayırdetmə qabiliyyəti λ/Δλ (burada λ – monoxromatik şüanın uzunluğu, Δλ isə dalğa uzunluqları fərqidir), bucaq dispersiyası, xətti dispersiya və işıq şiddəti ilə xarakterizə olunur. Sonuncu monoxomatorun həndəsi xarakteristikasından, əksolunma və udulmadakı itkidən asılıdır. Monoxromatorun obyektiv linza və ya güzgüdən ola bilər. Güzgü daha geniş spektral diapazonda yararlıdır, spektrin seçilən sahəsində birrəngli işıqdan digərinə keçdikdə yenidən fokuslanma tələb etmir. Bu, spektrin görünən oblastı üçün xüsusilə əlverişlidir. Monoxromator monoxromatik işıqlanma mənbəyinin və spektrofotometrin mühüm tərkib hissəsidir.
МОНОХРОМАТОР — Физическая энциклопедия / Редкол.: Прохоров А.М. и др..