MORATORİYA
(latın moratorius-ləngidici, təxirəsalıcı)
(möhlət) – 1. dövlətin qəbul etdiyi, öz üzərinə götürdüyü (konkret və ya ümumi) qanunun (beynəlxalq qanunvericilik aktın) öhdəliyin, hərəkətin və ya hər hansısa digər tələblərin, yəni daxili və xarici öhdəliklərin icrasının müəyyən və ya qeyri-müəyyən müddətə və yaxud baş verən hər hansısa fövqəl hadisənin (misal: qiyam, ixtişaş, müharibənin, təbii fəlakətin və s.) qurtarmasınadək və ya onların nəticələrinin aradan qaldırılmasınadək-təxirəsalınması, dayandırılması, qüvvədən salınması haqqında bəyanat. M. bəyan edilməklə yanaşı, onun səbəbləri də açıqlanmalıdır, yeri gəlmişkən, səbəbsiz M. - qarşı tərəfə (başqa dövlətlərə) hörmətsizliyin nümunəsidir (hərçənd, bəzi M.-lar humanist məqsədlər güdür misal: “nüvə silahın sınağının M.-sı”) və beynəlxalq sank230 siyalara səbəb ola bilər. M. birtərəfli, ikitərəfli və ya çoxtərəfli ola bilər; növlərinə görə, M.-lar: “ümumi M.” - bütün öhdəlikləri əhatə edən (çox nadir hallarda); “qismən M.” - (“xüsusi M.”) - konkret bir aktı (aktın bir və ya bir neçə bəndi), bir hərəkəti əhatə edə bilər; 2. mülki hüququn institutu.