morisk

morisk
morfotektonika
morisklər
OBASTAN VİKİ
Morisklər
Morisklər (isp. moriscos; moro — "mavr" sözündən) — Qranada əmirliyinin süqutundan (1492) sonra İspaniyada qalmış və zorla xristianlaşdırılmış, lakin gizlincə İslam dininə etiqad edən müsəlman əhali. İnkvizisiyanın amansızcasına təqib etdiyi morisklərə ərəb dilində danışmaq və uşaqlarına ərəb adları qoymaq qadağan olunmuşdu. On minlərlə morisk tonqallarda yandırılmışdı. 1568–1570-ci illərdə morisklərin üsyanı amansızcaslna yatırıldı; morisklərin xeyli hissəsi İspaniyanın daxili vilayətlərinə, bəhrəsiz torpaqlara sürüldü. 1609–1610-cu illərdə morisklər İspaniyadan qovuldu; əksəriyyəti Şimali Afrikaya köçdü. Onlar Mərakeşdə özlərinin Bureqret dövlətini (1627–1641) yaratdılar. Əlcəzair və Tunisin sahilboyu rayonlarında xeyli morisk yaşayırdı. Morisklərin qovulması İspaniyanın cənub əyalərlərinin iqtisadiyyatına ağır zərbə vurdu; Tunisdə isə bağçılıq, əkinçilik və sənətkarlığın inkişafına səbəb oldu. Морискләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә].