MORMONİZM

mormonluq, mormonların etiqadı.
MORFEY
MORMONLAR
OBASTAN VİKİ
Mormonizm
Mormonizm (ing. Mormonism) — rəsmi adı "İsa Məsihin Son Gün Əzizlər Kilsəsi" olan bu cərəyanın əsası 1830-ci ildə Cozef Smit adlı dini lider tərəfindən Nyu-York ştatının La-Feyette şəhərində qoyulmuşdur. "Mormonizm" termini Mormonların inanc mətnlərindən biri olan Mormon Kitabından yaranmışdır. Buna görə, kitabın adına əsasən, qurucusu Cozef Smitin ilk davamçıları Mormon və inancları isə Mormonizm adlandırılmışdır. Mormonizm, İkinci Böyük Oyanış olaraq bilinən dinin aktiv dövründə, 1820-ci illərdə Qərbi Nyu Yorkda meydana gəldi. Dini lider, kilsənin qurucusu və ilk peyğəmbəri olan Cozef Smit 1805-ci ildə Vermont ştatının Jarone şəhərində anadan olmuşdur. O, sistemli təlim-təhsil almasa da özünü yetişdirmişdir. Smitin iddiasına görə Moroniy adlı mələk onun gözünə görünərək, vaxtı ilə torpağa basdırılmış hindu peyğəmbərin qızıl vərəqlərdən ibarət kitabının yerini göstərmiş və Tanrının ona iş tapşırdığı xəbərini çatdırmışdır. Bu vaqedən sonra Smit kilsə təsis etmiş, ətrafına tərəfdarlar toplayaraq, ətraf ştatlarda aktiv dini fəaliyyətə başlamışdır. Onların az müddətdə uğur qazanmasının əsas səbəbi cərəyan mənsublarının təmənnasız dindarlara məsuliyyətlə yanaşmaları idi.

Значение слова в других словарях