Modest Mouse
Modest Mouse — 1993-cü ildə Vaşinqtonda yaranmış indi-rok qrupudur.
1994-cü ildə hazırladıqları "Blue Cadet-3, Do You Connect?" EP albomu ilə musiqi karyerasına başlamışdır. Adını Virciniya Vulf'un hekayəsi "The Mark On The Wall" dan alan qrup, 1996-cı ildə Dann Gallucci və John Wickhart ilə yollarını ayırdı. Heyətə Eric Judy'ni (bas gitar) əlavə edən qrup, eyni il Up Records etiketi ilə "This Is A Long Drive For Someone With Nothing To Think About" adlı ilk albomunu satışa çıxardı. Albomun istehsalında Steve Wolde ilə çalışan qrup, eyni il "Interstate 8" adlı EP albomunu da yayımladı. 1997-ci ildə "The Fruit That Ate itself" adlı EP albomunu çıxaran Modest Mouse, eyni il "The Lonesome Crowded West" adlı 2-ci albomu ilə uğur əldə etdi. 1990-cı illərin ən əhəmiyyətli indie albomları arasında qəbul edilən albom, bu gün etibarilə albom ən yaxşı indie albom kimi qiymətləndirilir.
1999-cu ildə "Night On The Sun" adlı EP albomunu yalnız Yaponiyada satışa çıxardan Modest Mouse, 2000-ci ildə Epic Records ilə razılaşmağa qərar verdi. Eyni il hazırladığı "Building Nothing Out Of Something" adlı yığma albomun ardından "The Moon & Antarctica" adlı 3-cü albomunu pərəstişkarları ilə paylaşan qrup, albomun istehsalında Brian Deck ilə birlikdə çalışdı. Xüsusilə Isaac Brock'ın ağıl dolu sözləri ilə bəyənilən albom ilə əsas soundunu tutan qrup, 2001-ci ildə çıxardığı "Sad Sappy sucker" adlı albom ilə 1994-cü ildə yazdığı ancaq satışa çıxarmadığı albomunu pərəstişkarları ilə paylaşdı.