Mtavar
Mtavar (gürc. მთავარი, mtavari; "tavi" – "baş" sözündən baş ) — feodal Gürcüstanda titul. Adətən "suveren knyaz" kimi tərcümə olunur, həmçinin "hersoq" ilə oxşar mənaya malikdir. Gürcüstanın zadəganlıq iyerarxiyasında mtavarilər tavadi və eristavilərdən (iri feodallardan) yuxarıda idi.
Gürcüstanın Rusiya imperiyasına birləşdirilməsindən sonra tavad, eristav və mtavar titulları rus knyazları ilə eyniləşdirilmişdir.